Bakıda bank kartlarından   pul oğurlayan gənclər tutuldu
09 dekabr 2023 16:18 (UTC +04:00)

Bakıda bank kartlarından pul oğurlayan gənclər tutuldu

Bakıda bank kartlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış  paytaxt sakini 21 yaşlı Aqşin Quliyev saxlanılıb.

Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 26 yaşlı Sahil Xaspoladov saxlanılıb.

Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

# 2673
avatar

Oxşar yazılar