Bakıda bahalı velosiped oğurlandı
28 aprel 2021 12:25 (UTC +04:00)

Bakıda bahalı velosiped oğurlandı

Bakıda bir neçə yerdən velosiped oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 25-dən 27-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki yaşayış binalarından birinin girişindən Ə.İsmayılova məxsus 2000 manat dəyərində velosipedi oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Cəfərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun N.Mamedova məxsus velosipedi oğurlaması da  müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar