Bakıda ata həbsdəki oğluna  mürəbbənin içində   narkotik gətirdi
09 yanvar 2024 12:12 (UTC +04:00)

Bakıda ata həbsdəki oğluna mürəbbənin içində narkotik gətirdi

İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədovun gətirdiyi  sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3182

Oxşar yazılar