Bakıda 7 yaşlı qız internatda öldü - YENİLƏNİB
16 may 2022 18:33 (UTC +04:00)

Bakıda 7 yaşlı qız internatda öldü - YENİLƏNİB

Baş Prokurorluq və Təhsil Nazirliyi internatda ölən uşaqla bağlı məlumat yayıb. 

Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.  

Aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölüb. 

Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu  ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. 

Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib. 

Hazırda araşdırma davam etdirilir. 

Qeyd edək ki, bu barədə ilk xəbəri Lent.az yayıb.

***

saat 16:19

Bakıda internat məktəbində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb. 7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6880

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45