Bakıda intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Həmin ərazidəki evlərin birində yaşayan 44 yaşlı Rüfət Məmmədov sirkə turşusu içərək intihar edib. O, dərhal xəstaxanaya yerləşdirilib.
Rüfət Məmmədov müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsində ölüb.