Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Xətai rayonu İnqilab İsmayılov küçəsində yaşayan 17 yaşlı A. Kərimova fevbralın 18-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun atası martın 6-da polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.