Bakıda 15 yaşlı qız  YOXA ÇIXDI:   anası axtarır...
06 iyun 2022 11:03 (UTC +04:00)

Bakıda 15 yaşlı qız YOXA ÇIXDI: anası axtarır...

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Z. Kərimova 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar