Bakı-Qazax magistralında avtomobil aşdı-Xəsarət alanlar var -VİDEO -YENİLƏNİB
09 mart 2025 14:55 (UTC +04:00)

Bakı-Qazax magistralında avtomobil aşdı-Xəsarət alanlar var-VİDEO-YENİLƏNİB

Hacıqabulda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəzada yaralanan Ələt qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rüstəmov Həsən Vavəhid oğlu və Nəvahi sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Elşən Ələmqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

saat 14.21

Xəbərə video əlavə olunub. 

***

saat 13.58

Hacıqabulda “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Bakı-Qazax magistral yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb.

Magistral yolda Bakı istiqamətində sıxlıq yaranıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190

Oxşar yazılar