"Bağça müdirəsi"yəm deyib insanların pullarını aldı - BAKIDA
17 avqust 2021 13:49 (UTC +04:00)

"Bağça müdirəsi"yəm deyib insanların pullarını aldı - BAKIDA

Bakıda dələduzluq hadisəsi olub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs bir neçə nəfərin pullarını dələduzluq yolu ilə ələ keçirib. Bu barədə vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər.

Toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Mehman Nəbiyev

Oxşar yazılar