Bacısını  zorlayan kişi   tutuldu
07 noyabr 2023 14:14 (UTC +04:00)

Bacısını zorlayan kişi tutuldu

Marseldə həbs edilən kişi səkkiz il ərzində yetkinlik yaşına çatmayan ögey bacısına qarşı zorakılıq etdiyini etiraf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, zərərçəkmiş yaxın qohumunun uzun illər zorakılığa məruz qalması barədə polisə məlumat verdikdən sonra iş avqust ayında açılıb. Qızın sözlərinə görə, qardaşı 2015-ci ildən sistematik olaraq ona qarşı cinsi təcavüz edib. Təcavüzkar özü iddia edir ki, bacısı ilə həqiqətən də intim münasibətdə olub, lakin 2018-ci ildən və qarşılıqlı razılıq əsasında.

Noyabrın 1-də 32 yaşlı kişi ittihamları eşidib və 48 saatlıq sorğu-sualdan sonra etiraf edib. O, müstəntiqlərin topladığı məlumatları və öz hekayəsindəki uyğunsuzluqları nəzərə alaraq, etdiklərini etiraf edib.

Bildirilir ki, o, səkkiz il ərzində 16 yaşlı qurbanı zorlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4371
avatar

Oxşar yazılar