Azərbaycanlı qadın uşaqları öldürəndən sonra intihar edib - Hadisə yerindən FOTOLAR  - YENİLƏNİB
01 iyul 2022 11:36 (UTC +04:00)

Azərbaycanlı qadın uşaqları öldürəndən sonra intihar edib - Hadisə yerindən FOTOLAR - YENİLƏNİB

Rusiyada uşaqları ilə birgə intihar edən azərbaycanlı ana ilə bağlı yeni faktlar məlum olub. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı Cənnət Çunayeva əvvəlcə uşaqları 16-cı mərtəbədən atıb, daha sonra isə intihar edib. 

Hadisə şahidlərinin dediyinə görə, onlar həmin binada yaşamayıblar: 

"Biz o qadını ilk dəfə idi görürdük. İllərdir burada yaşayırıq, hamını tanıyırıq. Hadisə baş verən an mən həyətdə telefonla danışırdım. Birdə gördüm göydən ard-arda yerə nəsə düşür. Onların səsi çıxmırdı. Uşaqlar binanın girişinin üstünə, ana isə yerə düşdü. Söz-söhbət gəzir ki, ana uşaqları binanın girişində boğub öldürüb, daha sonra onları liftlə 16-cı mərtəbəyə qaldırıb və oradan atıb. Özü isə intihar edib". 

Məlumatda o da qeyd olunur ki, ana və uşaqların nəşini Azərbaycana aparmaq mümkün olmayıb. Onlar hadisə baş verən şəhərin Qumrak qəsəbəsində dəfn olunacaqlar.  

Lent.az hadisə yerindən çəkilmiş fotoları təqdim edir:

***

30 iyun, saat 18:57 

Rusiyada uşaqları ilə birgə intihar edən ananın kimliyi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən qadın Cənnət Çunayevadır. Onun ərinin adı isə Əlidir. 

Rusiyanın xəbər saytları intihar edən qadının Zaqatala rayonundan olduğunu yazsa da, bizim araşdırmalarımız nəticəsində məlum olub ki, onlar Balakən rayonunun Qaysa kəndindəndirlər. 

Bəzi iddialara görə, C.Çunayevanın psixi problemləri olub. Məhz bu səbəbdən qadın belə bir addım atıb. 

***

saat 18:20

Rusiyada iki azyaşlı övladı ilə birgə intihar edən anayla bağlı yeni faktlar məlum olub. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, intihar edən ana Azərbaycanın Zaqatala rayonundandır.

Onlar 6 il əvvəl Rusiyaya köçüblər. Ailənin başçısı xırda bizneslə məşğul olub, ana isə evdar xanım imiş.

Bir qədər əvvəl ailə üzvləri Rusiya vətəndaşlığı alıb. 

İntihar edən ana və övladlarının nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək və doğulduqları Zaqatala rayonunda torpağa tapşırılacaqlar. 

***

saat 15:52

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı ailəsində dəhşətli faciə baş verib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərin Dzerjinsk rayonunda 32 yaşlı qadın övladlarını və özünü 16-cı mərtəbədən yerə atıb. 

Şahidlərin sözlərinə görə, binanın çardağına çıxan qadın əvvəlcə uşaqlarını döyüb, sonra onları bir-bir binadan aşağı tullayıb. Ən sonda isə özünü yerə atıb. Onların hər üçü həyatını itirib.

Ehtimallara görə, hadisədən öncə o, əri ilə dava edib. Bununla bağlı qadının həyat yoldaşı şübhəli şəxs qismində bölməyə aparılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29340
avatar

Fidan İlqar

Oxşar yazılar