Azərbaycanlı  həmyerlisini öldürdü   və...
27 yanvar 2023 15:05 (UTC +04:00)

Azərbaycanlı həmyerlisini öldürdü və...

Moskvada 11 il əvvəl baş vermiş qətlin üstü açılıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə 2012-ci ildə Moskvanın cənubundakı kafelərin birində baş verib. Həmin vaxt kafedə 27 yaşlı Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib.

Rusiya İstintaq Komitəsinin Moskva şəhər Baş İdarəsi 11 ildən sonra qatilin izinə düşüb və onu həbs edib. 

Məlum olub ki, qətli törədən şəxs də azərbaycanlıdır. 

# 3618
avatar

Oxşar yazılar