Hüseyn Həsənov
09 sentyabr 2021 19:47 (UTC +04:00)

Hüseyn Həsənov

Azərbaycanlı blogger Moskvada həbslə hədələndi

Moskva polisi tibbi müayinədən keçməkdən imtina etdiyi üçün sürücülük vəsiqəsindən məhrum edilmiş blogger Hüseyn Həsənovun avtomobilini saxlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, sentyabrın 9-da Həsənovun qırmızı rəngli “Rolls-Royce” avtomobili paytaxtın Zubovski bulvarında dayandırılıb. Jurnalistlərin dediyinə görə, hadisədən bir müddət əvvəl rusiyalı blogger “Instagram” səhifəsində avtomobilinin sürücü kreslosundan çıxarılan hekayələr dərc edib.

Əgər Həsənov həqiqətən sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşibsə, ona sanksiyalar tətbiq ediləcək. Rusiya qanunlarına görə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 30 min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs cəzası gözləyir.

Həsənovu iyulun 7-də polislər Moskva yollarından birində saxlayıb. Yol polisinin əməkdaşları onun içkili olub-olmadığını yoxlamaq üçün tibbi yoxlamadan keçməsini təklif ediblər. Həsənov proseduru yerinə yetirməkdən imtina edib: bu qərarı il yarım müddətinə sürücülük vəsiqəsindən məhrum edilməsi ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar