Azərbaycanın bu rayonunda 2 qadın  YOXA ÇIXDI  - FOTO
01 sentyabr 2022 15:35 (UTC +04:00)

Azərbaycanın bu rayonunda 2 qadın YOXA ÇIXDI - FOTO

Tovuzda 2 qadın itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini, 30 yaşlı Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Rayon sakini, 17 yaşlı Hava Məmmədova avqust ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İtkin düşən qız

İtkin düşən qadın

# 3039
avatar

Mehman Nəbiyev

Oxşar yazılar