Azərbaycandan gedən TIR-lar Türkiyə girmək üçün 12 saat gözlədi
24 mart 2025 09:34 (UTC +04:00)

Azərbaycandan gedən TIR-lar Türkiyə girmək üçün 12 saat gözlədi

Türkiyənin şərq hissəsinə yağan güclü qar səbəbilə sərhəd-keçid məntəqəsində tıxac yaranıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Ərdahan rayonunun Posof qəsəbəsinə yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib. Bu səbəblə Azərbaycan və Gürcüstandan gələn TIR-lar qəsəbədə ilişib qalıblar.

Hətta yolun buz bağlaması səbəbilə Gürcüstana məxsus TIR idarəetmədən çıxaraq, yol kənarına düşüb. Sürücülərin sözlərinə görə, 12 saatdan çoxdur ki, yoldakı problemin aradan qalxmasını gözləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4126

Oxşar yazılar