Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
02 avqust 2024 15:45 (UTC +04:00)

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov istefa verib.

Lent.az xəbər verir ki, 8 ay öncə bu vəzifəyə təyin olunan müavinin istefa qərarı təəccüblə qarşılanıb.

İddialara görə, bu addım Goranboyun icra başçısı Məhərrəm Quliyevlə aralarındakı rüşvət qalmaqalına görə atılıb.

Ş.Həsənovun işdən çıxarılma xəbərini İH-nin informasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov təsdiqləyib.

Bildirib ki, Ş.Həsənovun xidməti vəzifəsinə bu gün xitam verilib. Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib. Qeyd edək ki, Ş.Həsənov 2023-cü ilin fevralında bu vəzifəyə təyin olunmuşdu./bakupost.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar