Azərbaycanda yeniyetmədən ağlagəlməz HƏRƏKƏT:  borcunu verib özünü asdı
11 iyun 2024 18:48 (UTC +04:00)

Azərbaycanda yeniyetmədən ağlagəlməz HƏRƏKƏT: borcunu verib özünü asdı

Kürdəmirdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xırdapay kəndində qeydə alınıb. 17 yaşlı E. Yusifov xalasının evinin həyətində çardaqdan özünü asaraq, canına qəsd edib.

Məlumata görə, Saatlı rayon Məzrəli kənd sakini olan yeniyetmənin nənəsi bir neçə il əvvəl dünyasını dəyişib. Bundan sonra o, Xırdapay kəndində tək yaşayan xalasıgildə qalıb. Başqa bir məlumata görə, onun kənddə paltar satan bir qadına az miqdarda, təxminən 3-5 manat civarında borcu olub. İddiaya əsasən, E. Yusifov borclu qalmasın deyə həmin borcunu ödəyib və daha sonra özünü öldürüb.

İntiharın hansı səbəbdən baş verməsi isə bilinmir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar