Quşçu vulkanı
24 yanvar 2021 11:00 (UTC +04:00)

Quşçu vulkanı

Azərbaycanda vulkan püskürdü-YENİLƏNİB

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb. Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var. İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar yaranıb.

***

saat 09.27

Şamaxıda Quşçu vulkanı püskürüb. 

Bu barədə APA-ya AMEA Geologiya və Geofizika İnstitutundan bildirilib.

Hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711

Oxşar yazılar

Gəncə sakinini başından butulka ilə vurdular

Gəncə sakinini başından butulka ilə vurdular

9 aprel 2025 , 22:08
Mövqelərimiz Gorus istiqamətindən  atəşə tutuldu

Mövqelərimiz Gorus istiqamətindən atəşə tutuldu

9 aprel 2025 , 21:05
Bakıda FACİƏ:  məktəbli qız hamamda boğulub öldü

Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü

9 aprel 2025 , 19:46
Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12