Azərbaycanda üstünə ağac aşan  azyaşlı və yeniyetmə öldü
23 sentyabr 2022 17:49 (UTC +04:00)

Azərbaycanda üstünə ağac aşan azyaşlı və yeniyetmə öldü

Tovuzda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Güclü külək ağacı yol kənarında dayanan 17 yaşlı  Allahverdiyev Telman Elman oğlunun və 3 yaşlı Zeynallı Fərid Mayıs oğlunun üzərinə aşırıb.

Hər iki şəxs hadisə yerində ölüb.

# 2682
avatar

Oxşar yazılar