Azərbaycanda ŞOK QARƏT:  10 kq qızılla bataqlıqda gizlənən quldurları polis tutdu - YENİLƏNİB
20 may 2025 17:17 (UTC +04:00)

Azərbaycanda ŞOK QARƏT: 10 kq qızılla bataqlıqda gizlənən quldurları polis tutdu - YENİLƏNİB

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub.

Lent.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.

Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.

Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***
13:40

Azərbaycan polisi şok qarətin üstünü açıb. 

Lent.az xəbər verir ki, vətəndaşın 10 kiloqramdan çox qızılını talayan oğrular izi itirmək üçün qamışlıqda gizləniblər. 

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurlar bataqlıqdaca həbs edilib və qarət etdikləri külli midarda qızıl onlardan götürülüb.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar

Prokuror "Abzas Media" işi üzrə tutulanlara CƏZA İSTƏDİ

Prokuror "Abzas Media" işi üzrə tutulanlara CƏZA İSTƏDİ

20 may 2025 , 16:55
İtkin düşən əlil qadın tapıldı - YENİLƏNİB

İtkin düşən əlil qadın tapıldı - YENİLƏNİB

20 may 2025 , 16:49
Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14