Daxili İşlər Nazirliyində (DİN) yeni qurum yaradılıb.
Lent.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Yeni yaradılan qurum ölkədə kibercinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmək məqsədi daşıyır.
Bu məqsədlə də DİN-in tərkibində Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu təsis edilib.
DİN Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.