Azərbaycanda polisə BIÇAQLA HÜCUM
18 iyul 2022 11:35 (UTC +04:00)

Azərbaycanda polisə BIÇAQLA HÜCUM

Hacıqabulda sürücü polisə bıçaqla hücum edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 16-da saat 2 radələrində Hacıqabul rayonu ərazisində işıq sistemi nasaz vəziyyətdə olan “Hyundai” markalı avtomobil BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovun və sərnişini, həmyerlisi Yaqub Məmmədovun narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar həkim müayinəsinə dəvət ediliblər.

Lakin bu zaman onlar tabesizlik göstərib, Y.Məmmədov isə bıçaqla polis əməkdaşlarına xəsarət yetirməyə cəhd edib. Polis əməkdaşlarının çevikliyi ilə Y.Məmmədov tərkisilah edilib. 

Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Onlar araşdırma aparılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. 

Polis Şöbəsində şəxsi axtarış zamanı Y.Məmmədovdan 40 qram marixuana, R.Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb.

# 2193
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54
Gömrük İdarəsində ƏMƏLİYYAT

Gömrük İdarəsində ƏMƏLİYYAT

3 may 2024 , 13:51