Abşeron-Xızı regional təhsil idarəsi məktəb direktorunun ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib.
Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.
Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
"Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.
***
saat 11:56
Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
65 yaşlı Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında direktoru olduğu məktəbdə meyitinin tapıldığı bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.\APA