Şəkinin Baş Layısqı kəndində toy mərasimi
20 may 2021 15:35 (UTC +04:00)

Şəkinin Baş Layısqı kəndində toy mərasimi

Azərbaycanda kənddə toy edənlər 20 min manat CƏRİMƏLƏNDİ - FOTO

Şəkidə toy məclisi təşkil edən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.

Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Qeyd edək ki, karantin qaydalarını pozaraq toy edənlərlə bağlı 200 manat cərimə nəzərdə tutulur. Bu halda sözügedən məclisdə iştirak edənlər ümumilikdə 20 min manat cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8805
avatar

Mehman Nəbiyev

Oxşar yazılar