Azərbaycanda FACİƏ:  Bir ailənin 7 üzvü zəhərləndi
27 yanvar 2023 13:45 (UTC +04:00)

Azərbaycanda FACİƏ: Bir ailənin 7 üzvü zəhərləndi

Masallıda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri – 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri 8 yaşlı Rəsul, 6 yaşlı Nuray, 4 yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2748
avatar

Arzu Qurbanlı

Oxşar yazılar