Azərbaycanda DƏHŞƏT:  İtini öldürüb, özünü güllələmək istədi
21 fevral 2023 12:04 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: İtini öldürüb, özünü güllələmək istədi

Fevralın 20-də Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3019

Oxşar yazılar