Azərbaycanda martın 9-dan 17-dək qeydə alınan cinayətlərin və baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin müddət ərzində baş verən cinayətlərdən 441-nin üstü “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 506 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 353 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 21 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 191 fakt müəyyən edilib.