Azərbaycanda baş verən ağır qəzada yaralanan 23 nəfərin SON DURUMU
24 iyun 2022 12:19 (UTC +04:00)

Azərbaycanda baş verən ağır qəzada yaralanan 23 nəfərin SON DURUMU

TƏBİB Masallıda baş verən dəhşətli qəzada yaralananların son durumunu açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı yaralananlardan 10 nəfərin Masallı Rayon Mərkəzi Xəstəxanasında, 3 nəfərin isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.

Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan vətəndaşlardan 3 nəfərin vəziyyəti orta-ağır, 3 nəfərin  vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam edən hər 3 nəfərin vəziyyəti isə orta ağır olaraq dəyərləndirilir.

Xəsarət alaraq stasionar müalicə üçün hər iki xəstəxanaya yerləşdirilmiş 23 nəfərdən 7-nə ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 3 nəfər yaralı isə vəziyyətlərinə uyğun olaraq Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrinə təxliyyə olunub, vəziyyətləri orta-ağırdır

***

23 iyun, saat 21:58

Masallıdakı qəzada xəsarət alan 23 nəfərin adları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, onlardan 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 17-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Masallı rayonu Qarğalıq kənd sakinləri:
1961-ci il təvəllüdlü Həlimə İbadulla qızı Vəliyeva 
1961-ci il təvəllüdlü Mahbani Xanbala qızı Ələkbərova
1964-cü il təvəllüdlü Zabitə Kərimulla qızı İbadullayeva 
1972-ci il təvəllüdlü Yadigar Heybət oğlu Qəmbərov 
1972-ci il təvəllüdlü Səmilə Şahhüseyn qızı Əliyeva
1974-cü il təvəllüdlü, Fəxriyyə Adnan qızı Əliyeva
1977-ci il təvəllüdlü Ruhiyyə İxtiyar qızı Qəmbərova
1978-ci il təvəllüdlü Vəfa Mirtağı qızı Əliyeva 
1978-ci il təvəllüdlü İlhamə Şücaət qızı Cəfərova
1990-cu il təvəllüdlü Tutu Məcnun qızı Orucova
2006-cı il təvəllüdlü Habil Elbrus oğlu Əliyev
Nuriyyə Əlibala qızı Şirinova
Tunar Əliyeva

Masallı rayon Şərəfə kənd sakinləri:
1985-ci il təvəllüdlü Şəlalə Zəkulla qızı Hüseynova
1991-ci il təvəllüdlü Sevər Mirtağı qızı Qədirova 
Xuraman Heydər qızı Fərəcova 
Şəmsiyyə Rəfi qızı İmanova

Masallı rayon Əhmədli kənd sakinləri:
1987-ci il təvəllüdlü Tofiq İdris oğlu Əliyev 
1990-cı il təvəllüdlü Allahyar Şəmsəddin oğlu Ağazadə

1976-cı il təvəllüdlü Xalidə Gülverdiyeva (Masallı rayonu Köçərli kənd sakini)
Xalidə Musaxan qızı Abbasova (Masallı rayon Ərəb kənd sakini)
Əzizova Nuranə Kamal qızı 
Şahbəyim İbadulla qızı Orucova 

Qeyd edək ki, vəziyyətləri ağır olan Qədirova Sevər Qədirova və Fəxriyyə Əliyeva paytaxt xəstəxanalarından birinə göndərilib.

***

19.59

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınan hadisədə ümumilikdə 23 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 17-si Masallı Rayon Mərkəzi Xəstəxanasına, 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Əlavə məlumat veriləcək.

***

Masallıda zəncirvarı yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs xəsarət alıb.

Yaralılar Masallı və Cəlilabad Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 7761
avatar

Aytəkin Cəlali

Oxşar yazılar