Azərbaycanda 123 nəfər zəhərləndi, 3-ü öldü
08 yanvar 2024 11:47 (UTC +04:00)

Azərbaycanda 123 nəfər zəhərləndi, 3-ü öldü

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3853

Oxşar yazılar