Azərbaycana qanunsuz taxta göndərən HƏBS OLUNDU
03 mart 2023 13:10 (UTC +04:00)

Azərbaycana qanunsuz taxta göndərən HƏBS OLUNDU

Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi kanalını dayandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyənləşdirilib.

Məlum olub ki, saxlanılan şəxs milli diasporalardan birinin nümayəndəsi ilə xarici iqtisadi müqavilə çərçivəsində qeyri-qanuni yolla Azərbaycana ümumi dəyəri dörd milyon rubldan çox olan strateji əhəmiyyətli sərvətlər ixrac edib.

Hazırda Tomsk vilayətində və Dağıstan Respublikasında əməliyyat-axtarış tədbirləri keçirilir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinə əsasən, təqsirkarları yeddi ilə qədər həbs gözləyir.

Qeyri-rəsmi məlumatlara görə, söhbət meşə materiallarından gedir.

# 2097
avatar

Mehman Nəbiyev

Oxşar yazılar