Azərbaycan polisi bu avtomobilləri axtarır
15 sentyabr 2021 11:22 (UTC +04:00)

Azərbaycan polisi bu avtomobilləri axtarır

Azərbaycanda bu il qaçırılan iki avtomobil axtarışa verilib.

Lent.az-ın məlumatına görə, 2021-ci ildə axtarışa verilən avtomobillərdən biri Bərdə rayonu ərazisindən qaçırılıb. “VAZ-21074” markalı 10-LP-607 dövlət qeydiyyat nişanlı avtomobil bu il aprelin 9-da naməlum şəxslər tərəfindən oğurlanıb.

Digər axtarışa verilən avtomobil isə Ağcabədi rayonu ərazisindən qaçırılıb. “UAZ-390945562” markalı 90-JZ-593 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mayın 8-də hələlik şəxsiyyəti müəyyənləşməyən şəxslər tərəfindən oğurlanıb.

Polis hər iki avtomobilin axtarışlarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Mehman Nəbiyev

Oxşar yazılar