Tovuz və Saatlı rayonunda avtomobil piyadanı vurub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 20-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Tovuz rayon sakini T.Cəfərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Südabə Rəhimovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
İyulun 21-də saat 8 radələrində isə Saatlı rayonunun Şirinbəyli kəndi ərazisində rayon sakini R.Əmirov idarə etdiyi “Ford” markalı avtomobillə kənd sakini Sərraf Əmirzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.