Ankarada raket fabriki  PARTLADI: ölənlər var
10 iyun 2023 12:10 (UTC +04:00)

Ankarada raket fabriki PARTLADI: ölənlər var

Türkiyənin paytaxtı Ankara şəhərində zavodda partlayış olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Almadağ qəsəbəsində yerləşən Maşınqayırma və Kimya Sənayesinin Raket və Partlayıcı fabrikində baş verib. İlkin məlumata görə, fabrikin 5 işçisi həlak olub.

Partlayışın təsirindən yaxınlıqdakı binaların şüşələri qırılıb.

Araşdırma aparılır.

# 1617
avatar

Oxşar yazılar