Ana və azyaşlı övladını sürüyərək şöbəyə aparan  polis cəzalandı
22 fevral 2024 13:57 (UTC +04:00)

Ana və azyaşlı övladını sürüyərək şöbəyə aparan polis cəzalandı

Rusiyanın Kaluqa vilayətində keçmiş rayon polis komissarı vəzifə səlahiyyətlərini aşdığına görə 4 il şərti cəza alıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü ilin aprelində Duminiçi kəndində mənzil kirayələyən kişi ilə arvadı arasında mübahisə baş verib. Kişi qadını bir yaş yarımlıq uşağı ilə birlikdə evdən qovmaq istəyib. Qadın saatın gec olduğunu əsas gətirərək mənzili tərk etməkdən imtina edib. Daha sonra qadın ev sahibəsinə zəng edib, o da öz növbəsində polisə məlumat verib. Gələn yerli polis əməkdaşı araşdırma aparmadan qadını itələyib, asfalt boyunca əllərindən tutub sürüyərək onu və qızı polis şöbəsinə aparıb.

Daha sonra yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşlarının köməkliyi ilə qadın kirayədə qaldığı mənzilə daxil olub, əşyalarını yığıb, kəndi tərk edərək taksi ilə evinə qayıda bilib.

Məhkəmə polis əməkdaşı barəsində zərərçəkmişin və onun övladının hüquqlarını pozması, qəsdən ağrı və mənəvi iztirablara səbəb olması, daxili işlər orqanlarının nüfuzunu ləkələməsi barədə qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3897
avatar

Oxşar yazılar