Koronavirus xəstəsi Elşad Abdullayev
01 may 2021 16:04 (UTC +04:00)

Koronavirus xəstəsi Elşad Abdullayev

Aktiv koronavirus xəstəsi bazarda iş başında tutuldu

Göyçayda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub. Buna baxmayaraq o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib. E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar