Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb:
“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib”./APA