Ağdamda DƏHŞƏT:  Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi
15 aprel 2025 14:53 (UTC +04:00)

Ağdamda DƏHŞƏT: Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi

“Bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub”.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub:

“Müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb. Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766

Oxşar yazılar