Aeroport yolundakı qəzada yaralananların  SON VƏZİYYƏTİ
13 oktyabr 2021 17:20 (UTC +04:00)

Aeroport yolundakı qəzada yaralananların SON VƏZİYYƏTİ

Aeroport yolunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 10 nəfərdən 7-si evə buraxılıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda yaralananlardan 1-nin vəziyyəti ağırdır. Digər iki nəfər isə reanimasiyadadır.

Xatırladaq ki, bu gün səhər saatlarında hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (10 nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2663

Oxşar yazılar