Abşeronda 30 minlik  OĞURLUQ
19 mart 2025 11:34 (UTC +04:00)

Abşeronda 30 minlik OĞURLUQ

Abşeron rayonu ərazisində 3 şəxsə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 30200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 34 yaşlı S.Qarayev və 31 yaşlı R.Sayılov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, paytaxtın Nəsimi rayonu ərazisində bir şəxsin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı B.Quliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar