Beyləqanda minik avtomobili velosipedi vurub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb