Toy karvanında atəş açan şəxsin kimliyi bilindi - FOTO
11 noyabr 2019 17:07 (UTC +04:00)

Toy karvanında atəş açan şəxsin kimliyi bilindi - FOTO

Qazaxda toy karvanında atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Lent.az-a verilən məlumata görə,  Qazaxda toy karvanında atəş açan şəxs 1994-cü il təvəllüdlü Ağstafa rayon sakini Orxan Əlizadədir. Onun istifadə etdiyi tüfəng isə atasına məxsus olub.

Qeyd edək ki, Qazaxda baş verən hadisə sosial şəbəkədə geniş paylaşılıb. Görüntülərdən rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açdığı məlum olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2332

Oxşar yazılar