Qarabağ qazilərinə qarşı dələduzluq edən saxlanıldı
14 yanvar 2020 14:51 (UTC +04:00)

Qarabağ qazilərinə qarşı dələduzluq edən saxlanıldı

 

Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş rayonun Əhmədli kənd sakini Rauf Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, istintaq zamanı Rauf Süleymanovun Beyləqan rayonu ilə yanaşı, Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilkdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.

R. Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Beyləqan rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29