Dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atıb.
Lent.az-a Daxili İŞlər Nazirliyindən bildirilib ki, Mingəçevir şəhər Mühafizə Şöbəsinin həmin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində o sudan çıxarılıb, xəstəxanada ilkin tibbi yardım göstərilib.
Onun şəhər sakini V.Əmirov olduğu müəyyən edilib.
Şəhər prokurorluğunda araşdırma aparılır.