Narkotik satanda saxlanıldılar
14 yanvar 2020 19:26 (UTC +04:00)

Narkotik satanda saxlanıldılar

 

Şirvan şəhər sakinində 5 kiloqramdan artıq marixuananı aşkarlanıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini M.Abdullayev 5 kiloqramdan artıq marixuananı satarkən saxlanılıb.

Göygöldə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov tutulub. Axtarış zamanı ondan 3 qramdan artıq heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun “Niva” markalı avtomobilindən 116 ədəd “Kontramal”, 56 ədəd “Pregabalin”, 127 ədəd “Tramadol”, “Metamfetamin” və heroin aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar