Narkotik keçirməyə cəhd etdi, cibindən beşbarmaq çıxdı
10 yanvar 2020 10:57 (UTC +04:00)

Narkotik keçirməyə cəhd etdi, cibindən beşbarmaq çıxdı

 

 

İrandan gələn Azərbaycan vətəndaşı Abdullayev Xoşbəxt Abdulla oğlu idarə etdiyi "AZSAMAND" markalı avtomobillə Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent,az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin tavanına və yük yerinə reaksiya verib. Bunun ardınca, rentgen qurğusu ilə baxış zamanı monitorda avtomobilin tavanının ön hissəsində şübhəli cizgilər müşahidə edilib.

Daha sonra X.Abdullayevin idarə etdiyi minik avtomobili əsaslı yoxlanılıb. Nəticədə avtomobilin tavanının ön hissəsində, tavana çəkilmiş üzlüyün altında - üzlüklə metal lövhənin arasına yerləşdirilərək gizlədilmiş, "kopirovka" deyilən kağıza və gümüşü rəngli falqaya bükülmüş 6 ədəd plastik butulka aşkara çıxarılıb.

Həmin butulkalardan 3 ədədində qablaşdırılmaları ilə birgə ümumi çəkisi 1120 qram təşkil edən narkotik vasitə - heroin, digər 3 ədəd butulkada isə qablaşdırılmaları ilə birgə ümumi çəkisi 679 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bununla belə, yoxlama davam etdirilib və avtomobilin yük yerindəki ehtiyat təkərin yanında, kibrit qutusunda qablaşdırılması ilə birgə çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkar olunub.

Daha sonra Xoşbəxt Abdullayevin üzərində şəxsi yoxlama zamanı gödəkçəsinin cibindən metaldan hazırlanmış və soyuq silah hesab edilən "beşbarmaq" aşkar olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1484

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29