Müsavat Partiyasının qərargahından oğurluq olub.
Lent.az-ın məlumatına görə, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkələrdə yazıb.
Məlum olub ki, ötən gecə dəmir barmaqlıqları kəsib şüşələri sındıraraq partiyanın qərargahına daxil olan naməlum adamlar 2 ədəd kondisioner oğurlayıblar. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.