Məcburi köçkünün diləndirilməsi ilə bağlı AÇIQLAMA
20 dekabr 2019 18:01 (UTC +04:00)

Məcburi köçkünün diləndirilməsi ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndirilməsilə bağlı yayılan məlumatlara Bakı şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb:

“Deyilənlərə cavab olaraq bildirmək istəyirik ki, Baxşeyiş İsmayılov kiməsiz deyil. O, Azərbaycan dövlətinin vətəndaşıdır. Hüquqlarının təmin olunmasına tərəfimizdən xüsusi diqqət göstərilir”.

Qeyd edək ki, bu gün səhər saatlarından Azərbaycan Ədəbiyyatçıları İctimai Birliyinin sədri, şair, Prezident təqaüdçüsü Günay Nəriman Facebook səhifəsində kəlbəcərli İsmayılov Baxşeyiş Bəhlul oğlunun "Matan" adlı bir qadın tərəfindən diləndirilməsi haqda məlumat paylaşmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar