Suraxanı rayonunda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin əməkdaşları avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini B.Bayramov saxlayıb.
Onun oktyabrın 30-dan noyabrın 10-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, sənəd, eynək, təmir-tikinti alətləri, qaynaq aparatı və elektrik naqili oğurladığı bildirilir.