Kriminal avtoritetlər Tümenə yığışır: Sabah dəfndi, şəhər mühasirədə
11 sentyabr 2020 15:42 (UTC +04:00)

Kriminal avtoritetlər Tümenə yığışır: Sabah dəfndi, şəhər mühasirədə

Rusiyanın hər yerindən kriminal avtoritetlər Tümenə, Vladimir Zyatkovun dəfninə axışır.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, artıq bu gündən "qanuni oğru"nun dəfn ediləcəyi İşim qəsəbəsinə və Tümenə OMON və digər güc strukturları cəlb olunub.

Buna səbəb isə dəfn zamanı təhlükəsizliyin tam təmin olunması və xoşagəlməz insidentin yaşanmamasıdır.

Xatırladaq ki, dəfn mərasimi sabah keçiriləcək.

Rusiyanın nüfuzlu “qanuni oğru”larından olan Vladimir Zyatkov sentyabrın 11-də Xanti-Mansiyksdəki Çyornaya çayında kater sürərkən qəzaya uğrayıb və həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4669

Oxşar yazılar