Bakının Nizami rayonunda itkin düşən şəxs tapılıb.
Lent.az-ın məlumatına görə, Nizami rayonu, R.Rüstəmov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü C.Quluzadə noyabrın 6-da, saat 16 radələrində həmin ünvandan çıxaraq geri qayıtmayıb.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri ilə C.Quluzadə tapılıb.